Ermənistan qondarma “erməni soyqırımı” yalanının təbliğinə start verdi. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, ötən gün paytaxt İrəvanda başlayan II Erməni Hüquqşünaslar Konfederasiyasında çıxış edən prezident Serj Sərkisyan rəsmi qurumlara və eləcə də diaspor təşkilatlarına müraciət ünvanlayaraq “soyqırımı” hazırlıqlarına başlamağı tapşırıb.
Sərksiyan ermənilərin 100 ildir tarixidə uydurduğu yalanın dünya ictimaiyyətinə tanıdılması üçün lazım olan bütün tədbirlərin görüləcəyini bildirib.
““Erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınması, nəticələrinin aradan qaldırılması bizim üçün hər zaman önəmli olub. Ermənistan var olduğu müddətdə biz bu “soyqırımı”nın Türkiyə tərəfindən qəbul edilməsi üçün əlimizdən gələni edəcəyik”-deyə erməni prezident bildirib.
Daha sonra qondarma “soyqırımı”nın 100 illiyi ilə bağlı xüsusi komissiya yaradılıb. Sərkisyan aidiyyatı qurumları bu işlə ciddi məşğul olmağı tapşırıb.
Qeyd edək ki, “erməni soyqırımı”nın 100 iliyi 2015-ci ildə tamam olacaq.
Anar RÜSTƏMOV