Modern.az

Məktəblini maşın vurub öldürdü

Məktəblini maşın vurub öldürdü

28 May 2023, 19:28

Bu gün saat 18:20 radələrində İsmayıllı rayonunun Qaraqaya kəndi ərazisində Şahid İsgəndərov idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən piyada, 2010-cu il təvəllüdlü Qobustan rayon sakini A.Cəfərovu vurub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama