XI-XII əsrlərdə başlıca ideya cərəyanlarından biri təsəvvüf idi. XI əsrə qədər sufi mütəfəkkirlərin fəaliyyətini, ideya istiqamətini iqtisadi və ictimai –siyasi şəraitlə bərabər ,əsasən onların fərdi həyat yollarını müəyyənləşdirib. X əsrin sonlarından etibarən sufi icmaları təşkil olunub geniş yayılmağa başlayır .Ayrı-ayrı şeyxlər öz ətrafında çoxlu müridlər toplayır, onlar üçün tərtib etdikləri ciddi adətlər məramnaməsi üzrə gələcək davamçılarını hazırlayırdılar. Bu hazırlıq prosesi zaviyə, dərgah, təkkə, xənəkə, xanəgah deyilən yerlərdə baş verirdi.
Çətin güzəran, zəhmətli günlər keçirən Əbunəccab Sührəverdi görkəmli alim , böyük sufi şeyxi kimi şöhrət qazanaraq Nizamiyyə mədrəsəsində dərs demiş, bir müddət ora başçılıq etmişdi. Əbunəccab xalq içində böyük nüfuza malik sufi şeyxi kimi tanındığı üçün onun hüququ hakim dairələr tərəfindən toxunulmaz olub. Mütəfəkkir təqib olunan şəxslərə belə öz sufi ribatlarında yer verməkdən çəkinmirmiş. Onun qardaşı oğlu Əbuhəfs Sührəverdi bu cərəyanı inkişaf etdirir. O ,böyük sufi mütəfəkkir olmaqla yanaşı siyasi xadim, nüfuzlu diplomat idi.
Qısa müddət ərzində böyük şöhrət tapdığından xəlifə Nasiri Dinillahın qazanmış və Bağdadda baş şeyx rütbəsini tutmuşdu. Şihabəddin Əbuhəfs Sührəverdi mühüm işlərdə xilafət üçün elçilik etmiş, diplomatik danışıqlar aparmışdı. Bu səbəbdən Əbuhəfs Sührəverdinin müsəlman Şərqinin mədəni , ictimai-siyasi həyatında özünəməxsus yeri vardı . Azərbaycanda XI-XII əsrlərdə sufizmin ifrat qoluna mənsub mütəfəkkirlərə gəldikdə isə onlardan Məhəmməd Bakuvi Əbdülfərəc Zəncani daha məşhurdurlar. Məhəmməd Bakuvi Şiraz , Nişapur və digər şəhərlərdə yaşayıb. Bakuvinin ərəb dilində aşağıdakı traktatları var: “Həllacın həyatının başlanğıcı və sonu“, “Sufilərin hekayətləri”, “Ariflərin xəbərləri, Qafillərin xəbərləri. Birinci kitabı L. Massinyonun vasitəsilə fransız dilinə tərcümə olunaraq Parisdə çap edilib. Ömrünü axır çağlarında Şiraz yaxınlığında bir mağaraya çəkilərək orada tək-tənha yaşayıb. Mütəfəkkirin həmin yerdə məzarı “Bakuhi”, “Baba Kuhi” adlanır. Yusif Səmədoğlunun “Qətl günü” romanındakı məşhur Baba Kaha mistizmi məhz, bu anlamı ifadə edir. Bunların sırasına Mahmud Təbrizi, Əbülqasım Qüçeyrinin də əlavə etmək olar. Qüşeyrinin əsərləri daha çox əxi ordenləri ilə bağlı olub. Qüşeyri əxilikdən söz açarkən bildirib ki, bu cərəyanın əsasında humanizm, ictimai bərabərlik, sosial ədalət durur. Onun “təsəvvüf elminə aid traktat”ı sufizmin əsaslarını öyrənmək üçün əsas vasitələrdən hesab olunurdu.
Sufilərə görə insan öz “Mən”ini itirib Allahın “Mən”ində vücuda gəlir. Cüneyd Bağdadi yazır ki, “Haqq sənə məxsus “Sən”i öldürür, özünə məxsus “Sən”i dirildir. , bilavasitə Allahla birgə mövcud olursan”. Pantezim orta əsr Şərq mütəfəkkirlərinin əsərlərində adətən əl-hülul və əl-ittihad terminləri ilə ifadə edilir. Əl-hülul ilahi təbiətin insanda təcəssüm etməsini, insanın təbiətə çevrilməsini göstərir, əl illihad isə ilahi və insani başlanğıcın birgə mövcudluğu deməkdir. Panteizmin ən görkəmli nümayəndələri İbn Ərəbi və Eynəlqüzzat Miyanəçi sayılır.
Məqalədə professor Zakir Məmmədovun "Azərbaycan fəlsəfəsi tarixi" monoqrafiyasından istifadə olunub.
(ardı var)