Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın sabiq mühafizə xidmətinin rəisi Vaçaqan Qazaryan həbs edilib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Xatırladaq ki, Qazaryan 5 il əvvəl bankdan çıxarkən saxlanılıb. Onun əlindəki çemodandan 120 000 dollar və 436 000 000 dram aşkar edilərək götürülüb. Daha sonra onun evində axtarış aparılıb, nəticədə 1 750 000 dollar aşkar olunub.