Modern.az

Cənubi Koreya prezidenti Ərdoğanı təbrik etdi

Cənubi Koreya prezidenti Ərdoğanı təbrik etdi

29 May 2023, 14:56

Cənubi Koreya prezidenti Yun Suk Yeol Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, Yeol bu barədə tviter səhifəsində paylaşım edib.

 

"Yenidən seçildiyi üçün Rəcəb Tayyib Ərdoğanı təbrik edirik. Strateji müttəfiqliyi daha da inkişaf etdirmək və xalqımızın qardaşlığını dərinləşdirmək üçün sizinlə çalışmağa davam etməyi səbirsizliklə gözləyirəm", - deyə o bildirib.

 

Qeyd edək ki, ötən gün Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Ərdoğan 52,16, Kemal Kılıçdaroğlu isə 47,84 faiz səs qazanıb.

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi