Modern.az

Tokayev Ərdoğana zəng etdi - Təbriklərini çatdırdı

Tokayev Ərdoğana zəng etdi - Təbriklərini çatdırdı

Dünya

29 May 2023, 16:06

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb.

 

Söhbət zamanı Kasım-Jomart Tokayev Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

 

Qazaxıstan prezidenti Türkiyə ilə genişlənmiş strateji tərəfdaşlığı daha da gücləndirməyə hazır olduğunu təsdiq edərək, iki qardaş dövlətin əsrlərə gedib çıxan ortaq tarixi və mədəniyyətini vurğulayıb.

 

Tokayev Ərdoğanı bu ilin payızında Türk dünyasının mənəvi paytaxtı - Türküstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının 10-cu yubiley sammitində iştirak etməyə dəvət edib.

 

"Türkiyə prezidenti öz növbəsində Tokayevə minnətdarlığını bildirib, qardaş Qazaxıstan xalqına firavanlıq arzulayıb", - məlumatda deyilir.

 

Qeyd edək ki, ötən gün Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Ərdoğan 52,16, Kemal Kılıçdaroğlu isə 47,84 faiz səs qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi