Modern.az

Ukrayna Ali Radası İrana 50 illik sanksiya tətbiqini dəstəklədi

Ukrayna Ali Radası İrana 50 illik sanksiya tətbiqini dəstəklədi

29 May 2023, 17:18

Ukrayna Ali Radası 50 il ərzində İrana qarşı sanksiyaların tətbiqini dəstəkləyib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Rada həmçinin sanksiya tətbiq edilən şəxslərə məxsus bankların milliləşdirilməsi haqqında qanun layihəsini də dəstəkləyib.

 

Sözügedən qanun layihəsi Milli Banka aşağıdakılar barədə qərar vermək səlahiyyətini verir:

 

- sanksiya tətbiq edilmiş şəxsə (fiziki və/və ya hüquqi şəxsə) bankda əhəmiyyətli pay əldə etməsinə və ya artırmasına qadağa qoyulması;

 

- bank lisenziyasının ləğv edilməsi, bankın ləğvi və ya bankın bazardan çıxarılması (milliləşdirilməsi).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi