Misirdə günlərdir davam edən etiraz aksiyalarında yüzə yaxın insan ölüb. Modern.az-ın xarivi KİV-lərə istinadən verdiyi xəbərə görə, Misirin Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən iyunun 30-dan başlayan xalq üsyanında indiyədək 91 nəfər dünyasını dəyişib. 1342 nəfərin isə yaralandığı bildirilir.
Ölənlərin 17-si İskəndəriyyə şəhərində, 15 paytaxt Qahirədə, 4-ü İslamiyyədə qeydə alınıb.
Misirin müvəqqəti prezidenti Ədli Mənsur Məhəmməd Baradeyi baş nazir təyin edib və hökuməti qurmağı ona tapşırıb.
Modern.az