Modern.az

Polkovnik-leytenant intihar etdi

Polkovnik-leytenant intihar etdi

Hadisə

30 May 2023, 09:44

Abşeron rayonunda vəzifəli şəxs intihar edib.

 

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi, polkovnik-leytenant Muxtar Cəbişov özünü asaraq həyatına son qoyub.

 

Hadisə Ceyranbatan qəsəbəsi Şahbala Hüseynov küçəsində yerləşən nömrəsiz evin həyətində baş verib. İntihar mayın 28-də qeydə alınıb.

 

Hadisənin baş verdiyi evin M.Cəbişovun atasına məxsus olduğu bildirilir. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər