Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubu "Paris Sen-Jermen" (PSJ) klubunun hücumçusu Lionel Messiyə iki illik müqavilə təklif edib.
Modern.az xəbər verir ki, bu barədə "Foot Mercato" portalı yazıb.
Nəşrin məlumatına görə, müqavilənin bir hissəsi olaraq oyunçuya 1,2 milyard avro təklif edilib. Futbolçunun agenti və atası Jorge təkliflə razılaşıb. Son qərarı Messi özü verməlidir. Müqavilə imzalansa, o, tarixin ən çox maaş alan idmançısı olacaq.
Messi 2021-ci ilin yayında "Barselona"dan ayrılıb və PSJ-yə keçib. 35 yaşlı argentinalının müqaviləsi mövsümün sonunda başa çatır. "Əl-Hilal" klubunun onunla maraqlanması may ayında məlum olub.