Modern.az

Türk İnvestisiya Fondu haqqında saziş TƏSDİQLƏNDİ

Türk İnvestisiya Fondu haqqında saziş TƏSDİQLƏNDİ

Parlament

30 May 2023, 11:59

Milli Məclis “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini ratifikasiya edib.

 

Modern.az xəbər verir ki, layihəyə əsasən, Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT iştirakçı dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.

 

Fondun Nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min dollar olan 10 min paylara bölünüb.

 

Türk İnvestisiya Fondunun təsisçiləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğz respublikalarıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu