Modern.az

Qanunsuz tikililər 1 il ərzində söküləcək

Qanunsuz tikililər 1 il ərzində söküləcək

30 May 2023, 12:12

Azərbaycanda tikintidə pozuntuların aradan qaldırılması üçün verilən müddət azaldılır.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təklif edilir.

 

Dəyişikliyə əsasən, bu müddət 2 ildən 1 ilə azaldılır. Belə ki, müvafiq əsaslarla tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi söküləcək.

 

Hazırda Məcəllədə həmin müddət 2 il nəzərdə tutulur.

 

Eyni zamanda tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən tikintiyə icazə alınması müddətinin də azaldılması təklif edilir. Belə ki, qüvvədə olan qanuna görə, tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi sökülür. Dəyişikliyə əsasən isə bu müddətin 6 aya qədər azaldılması nəzərdə tutulur.

 

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə həyəcanlı dəqiqələr- Ərdoğandan tarixi gediş