Modern.az

Hərbi çağırışla bağlı qanuna yenidən baxılsın - Deputat

Hərbi çağırışla bağlı qanuna yenidən baxılsın - Deputat

30 May 2023, 13:06

Milli Məclisdə hərbi çağırış və hərbi mükəlləfiyyətlə bağlı qanunlara yenidən baxılması təklif edilib.

 

Modern.az xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov çıxış edib.

 

“İkinici Qarabağ müharibəsi zamanı ən yaxşı nəticə göstərənlər müqavilə ilə fəaliyyət göstərən hərbçilərimiz olub. Heç kimin haqqına girmək istəmirəm, amma bu faktdır. Bu gün dünyada hərb modeli NATO sisteminə keçib. Yəni hərb sahəsində müqaviləli fəaliyyət əsas götürülür. Hesab edirəm ki, insanların müqavilə əsasında fəaliyyət göstərməsi daha məqsədə uyğundur. Biz artıq bu prosesə başlamalıyıq ki, sonradan gec olmasın”,- deyə deputat bildirib.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi