Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Malatya Turqut Özal Universitetinin rektoru Aysun Baykara ilə görüşüb.
Modern.az xəbər verir ki, diplomat bunu tviter səhifəsində yazıb.
Görüş rektorun Bakıya səfəri çərçivəsində baş tutub.
"Ziyarətimizə gələn Malatya Turqut Özal Universitetinin rektoru prof.dr. Aysun Baykara xocamıza və heyətinə təşəkkür edirəm. Akademik əməkdaşlıqla bağlı məsləhətləşmələr etdik", - deyə səfir qeyd edib.
Ziyaretimize gelen Malatya Turgut Özal Üniversitesi Rektörü Prof.Dr. Aysun Baykara hocamız ve heyetine teşekkür ederim.
— Cahit Bağcı (@cahitbagci) May 30, 2023
Akademik işbirlikleri üzerine istişare ettik. ????? pic.twitter.com/yJhjbAGQ7P