Modern.az

Zelenskidən ÇAĞIRIŞ: Bizə müdafiə sistemləri VERİN!

Zelenskidən ÇAĞIRIŞ: Bizə müdafiə sistemləri VERİN!

Dünya

30 May 2023, 13:50

Ukrayna prezidenti Volodimir Zelenski Cənubi Koreyanı Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" yazıb.

 

"Ukrayna ümid edir ki, Cənubi Koreya Rusiyanın hücumlarını dəf etmək üçün hava hücumundan müdafiə sistemləri kimi müdafiə hərbi texnikası verəcək", - Zelenski deyib.

 

Cənubi Koreya prezidenti Yun Sok Yol isə bəyan edib ki, Ukrayna tərəfi Cənubi Koreyaya almaq istədiyi silahların siyahısını verib, və Seulda bunu araşdırmağa söz veriblər.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi