Modern.az

Krımtatar Milli Məclisi Ərdoğanı təbrik etdi

Krımtatar Milli Məclisi Ərdoğanı təbrik etdi

Dünya

30 May 2023, 14:00

Krımtatar Milli Məclisi Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə Məclis bəyanat yayıb.

 

Bildirilib ki, Məclis və krımtatar xalqı adından olan təbrikdə nəticələrin Türkiyə üçün xeyirli olması diləkləri ifadə olunub.

 

Bundan başqa, Türkiyə-Ukrayna strateji müttəfiqliyinin daha da gücləndirilməsi vurğulanıb.

 

Təbrikə Məclisin sədri Refat Çubarov və Ukrayna Ali Radasının deputatı, Krımtatar xalqının milli lideri Mustafa Abdulcemil Krımoğlu imza atıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi