Çinin xarici işlər naziri Çin Qan amerikalı iş adamı İlon Maskla görüşüb.
Modern.az TASS-a istinadən xəbər verir ki, görüş paytaxt Pekində baş tutub.
Görüş zamanı Çinin xarici işlər naziri bildirib:
"Çinin "Tesla" da daxil olmaqla bütün dünya şirkətləri üçün bazaryönümlü beynəlxalq biznes mühiti yaratmaq, yüksək səviyyəli sərbəstliyi davamlı şəkildə təşviq etmək istəyini bir daha vurğulayıram".
Qeyd edək ki, İlon Mask tez-tez Çinlə bağlı mövqeyinə görə tənqid olunur.