İsrail prezidenti İsxak Hersoq Azərbaycana səfəri barədə paylaşım edib.
Modern.az xəbər verir ki, Hersoq səfərlə bağlı təəssüratlarını tviter səhifəsində yazıb.
"Dostum, Azərbaycan prezidenti İlham Əliyevə, İsrailin əsl dostuna öz iqamətgahında səmimi qarşılamaya görə təşəkkür edirəm. İsrail Azərbaycana mühüm strateji tərəfdaş və regional sabitliyin mənbəyi kimi baxır. Xalqlarımız arasındakı münasibətlər sülh və əməkdaşlıq yolunu seçən digər ölkələr üçün örnəkdir və müsəlmanlar və yəhudilər arasında dostluq münasibətlərinin nümunəsidir", - o bildirib.
Xalqlarımız arasındakı münasibətlər sülh və əməkdaşlıq yolunu seçən digər ölkələr üçün örnəkdir və müsəlmanlar və yəhudilər arasında dostluq münasibətlərinin nümunəsidir.
— יצחק הרצוג Isaac Herzog (@Isaac_Herzog) May 30, 2023