ABŞ dövlət katibi Antoni Blinken İsveçə səfər edib.
Modern.az xəbər verir ki, bu barədə onu qarşılayan İsveç XİN başçısı Tobias Billstrom tviter səhifəsində yazıb.
"Dostlarla görüşmək hər zaman gözəldir. ABŞ dövlət katibi Antoni Blinkeni İsveçin Lulea şəhərində ölkəmizin NATO üzvlüyü ilə bağlı toplantılar üçün qarşılamaqdan böyük məmnuniyyət duyuram", - deyə nazir qeyd edib.
Always nice to meet with friends! Great pleasure to welcome ??Secretary of State @SecBlinken to Luleå, Sweden for meetings on ?? Swedish membership in @NATO pic.twitter.com/ExWGzlqJTX
— Tobias Billström (@TobiasBillstrom) May 30, 2023