Modern.az

Çavuşoğlu Blinkenlə telefonla DANIŞDI

Çavuşoğlu Blinkenlə telefonla DANIŞDI

Dünya

30 May 2023, 18:53

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün amerikalı həmkarı Antoni Blinkenlə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə "TRTHaber" məlumat yayıb.

 

Telefon danışığı zamanı qarşıdakı dövrdə keçirilməsi gözlənilən Strateji Mexanizm toplantısına hazırlıq, müdafiə sənayesi sahəsində əməkdaşlıq, Nyu Yorkdakı Türk Evinə hücum, İsveçin NATO-ya üzvlük prosesi və İstanbul Taxıl Sazişi müzakirə edilib.

 

Blinken Ərdoğanın yenidən prezident seçilməsi və parlament seçkilərində qazanılan uğurlar münasibətilə təbriklərini çatdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi