Modern.az

Əliyev-Paşinyan görüşü sabah olacaq

Əliyev-Paşinyan görüşü sabah olacaq

Dünya

30 May 2023, 16:36

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş sabah baş tutacaq.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin yüksək səviyyəli nümayəndəsinin Brüsseldə jurnalistlərə verdiyi məlumatda qeyd olunub.

 

Bildirilib ki, Avropa İttifaqı sabah Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında Fransa, Almaniya liderləri Emmanuel Makron və Olaf Şolts, eləcə də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçiriləcək "böyük görüş"ə hazırlaşır.

 

Məlumata görə, dialoq Kişineuda keçiriləcək Avropa Siyasi Sammiti çərçivəsində planlaşdırılır.

 

Qeyd edək ki, bundan əvvəl beştərəfli danışıqların iyunun 1-də keçiriləcəyi bildirilirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi