Modern.az

SSRİ-dən sonra Ukrayna ilə rəqabətimiz qaçılmaz idi - Putin

SSRİ-dən sonra Ukrayna ilə rəqabətimiz qaçılmaz idi - Putin

30 May 2023, 17:18

"SSRİ-nin dağılmasından sonra Rusiya Federasiyası ilə Ukrayna arasında rəqabət qaçılmaz idi".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

 

O bildirib ki, bununla belə, prosesin sivil yolla gedəcəyi güman edilirdi.

 

"SSRİ dağılandan sonra Ukrayna Qərbin təklifi ilə anti-Rusiya bloku yaratmaq yoluna qədəm qoyan insanların nəzarətində idi. NATO-nu şərqə doğru genişləndirməyəcəyinə söz verəndə Rusiyanı aldatdılar, sonra Ukraynaya çatdılar”, - Putin iddia edib.

 

"Moskva Kiyevin Donbasda başlatdığı müharibəyə cavab vermək məcburiyyətində qaldı", - Rusiya prezidenti iddiasını davam etdirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi