Modern.az

Gerçəklik - İnsan

Gerçəklik - İnsan

8 İyul 2013, 10:12

İnsanın inamlı olması üçün gerçəklik çox az tutalğa verir.

***
İnamlı olmaq üçün gerçəkliyi ötməlisən.

***
İnam – insanın həqiqət axtarışı, yaradıcılığıdır.

***
Gerçəklikdə həqiqət yoxdur, demək, inam da yoxdur. Bəşərin inamsızlığı bundandır.

***
Həqiqət – insanın idealıdır. Həqiqətsiz gerçəklik insanı bezdirər, öldürər.

***
İnsanın həqiqət istəyi – gerçəkliyi ötmək, onun asılılığından çıxmaqla bağlıdır.

***
İnsandan başqa heç bir canlının həqiqət istəyi yoxdur, ona görə gerçəkliyin asılılığından çıxa bilmirlər.

***
Dərk edilən – idrakın yendiyidir.

***
Dərk edilməyən – idrakın yenildiyidir.

***
İdrak – dünyanın həqiqət əsasında dəyərləndirilməsidir.

***
Dəyərləndirmə – gerçəkliyə, olaylara həqiqət ölçüsündən yanaşmadır.

***
İdrakın əsaslandığı mütləq ölçü olmasa, dünya dərk oluna bilməz.

***
Dünyanın mahiyyətini bilən – dünyaya doğmalaşır.

***
Dünyanın mahiyyətini bilməyən – dünyaya yadlaşır.

***
Gerçəklik insanı yarıtmır, ona görə insan gerçəkliyi dəyişdirir – insaniləşdirir.

***
İnsan – bütün varlığı özündə daşıyan ən uca varlıqdır.  

***
Nəyi bilirsən, dərk edirsən – onu yaşayırsan.

***
İnsan idrak aclığını biliklə doyurur.

***
Cismani yaşamın məqsədi – ruhani yaşama xidmət etməkdir.

***
İnsanın ən ali yaşamı – ruhani yaşamdır. Ruhani yaşam uğrunda cismani yaşamdan keçməyə dəyər.

***
Daha çox ruhani yaşam, daha az cismani yaşam!

***
Dünyada cismani, maddi aclıqdan, yoxsulluqdan daha çox ruhani aclıq və yoxsulluq var.

***
Bəşər hələ cismani yaşam dönəmini yaşayır. Ondan sonra onun ruhani yaşam dönəmi gələcək.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?