Modern.az

Qalatasaray 23-cü dəfə Türkiyə çempionu oldu

“Qalatasaray” 23-cü dəfə Türkiyə çempionu oldu

İdman

30 May 2023, 23:04

“Qalatasaray” klubu Türkiyə Superliqasında 2022-2023 mövsümünün qalibi olub.

 

Modern.az xəbər verir ki, Okan Burukun komandası bu gün 36-cı turda səfərdə “Ankaragücü”nə 4:1 hesabı ilə qalib gəlməklə mövsümün sonuna iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

 

Bununla da İstanbul klubu tarixində 23 dəfə çempionluq tituluna yiyələnib.

 

Qeyd edək ki, “Qalatasaray” sonuncu dəfə 2018-2019 mövsümündə çempion olmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü