Modern.az

Ərdoğan "Qalatasaray"ı TƏBRİK ETDİ 

Ərdoğan

Dünya

30 May 2023, 23:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23-cü dəfə ölkə çempionu olan “Qalatasaray” komandasını təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında paylaşım edib.

 

Ərdoğan “Qalatasaray” komandasını, klubun azarkeşlərini və bütün "Qalatasaray" ictimaiyyətini ürəkdən təbrik etdiyini bildirib.

 

Qeyd edək ki, “Qalatasaray” 23-cü dəfə Türkiyə çempionluğunu qazanıb. İstanbul təmsilçisi Super Liqanın XXXVI turunda “Ankaragücü” üzərində səfər qələbəsi (4:1) qazanaraq, 2022/2023 mövsümünün qızıl medallarını təmin edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi