Təhsil Nazirliyi bu il ümumi orta və tam orta təhsil səviyyəsini bitirmiş şagirdlərə dövlət nümunəli təhsil sənədlərinin – şəhadətnamə və attestatların verilməsi prosesinə başlayıb.
Modern.az-ın məlumatına görə, nazirlikdən bildirilib ki, bu proses hazırda davam etməkdədir.
Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu il buraxılış imtahanlarından hansı qiymət almağından asılı olmayaraq bütün məzunlara attestat və şəhadətnamə veriləcək. Yekun qiymətlər attestat və şəhadətnamədə əks olunacaq.