Modern.az

Sürücü öldü, həyat yoldaşı və nəvəsi yaralandı

Sürücü öldü, həyat yoldaşı və nəvəsi yaralandı

31 May 2023, 00:36

Qəbələdə ağır yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən hadisə nəticəsində “Volkswagen” markalı 90 SO 259 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirib və ağaca çırpılıb. Hadisə nəticəsində bir nəfər dünyasın dəyişib, yaralılar var.

 

Qəzada iki nəfər də ağır yaralanıb. Onlar Qəbələnin Zarağan qəsəbə sakinləridir.

 

Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralanan şəxslər dünyasını dəyişən sürücünün həyat yoldaşı və nəvəsidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər