İranla sərhəddən keçən Bolqarçaya sel gəlib.
Modern.az xəbər verir ki, sel Biləsuvarda bir sıra fəsadlar törədib.
Belə ki, çayın daşması ətrafda yerləşən kəndlər üçün təhlükə yaranıb. Bu səbəbdən 3 kəndin sakinləri təxliyə olunub.
Əraziyə cəlb olunan aidiyyəti qurumların əməkdaşları çayın sahilində bərkidmə işləri aparır.