Mövsümlərarası fasilədə “Qarabağ” klubunu tərk edəcək ilk futbolçu məlum olub.
Modern.az xəbər verir ki, Filip Ozobiçin Ağdam komandasını tərk edəcəyi dəqiqləşib.
Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev Xorvatiya əsilli yarımmüdafiəçi ilə birgə şəklini paylaşaraq, ona uğurlar arzulayıb.
Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən Filip Ozobiç “Qarabağ”a 2018-ci ildə “Qəbələ”dən keçmişdi.