Ermənistanda yaxın vaxtlarda “kokain işi” ilə bağlı bir sıra məmurların saxlanılması gözlənilir.
Modern.az xəbər verir ki, bu barədə "Hraparak" yazıb.
"Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan parlamentin dünənki iclasında ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinin bir neçə dəfə artdığını və azyaşlıların buna cəlb olunduğunu etiraf edib", - nəşr qeyd edib.
Bildirilib ki, bununla bağlı hansısa formada bu bizneslə əlaqəsi olan məmurlar tezliklə saxlanılacaq.