Modern.az

ABŞ rəsmisi Azərbaycanla bağlı müsbət fikirlər SƏSLƏNDİRDİ

ABŞ rəsmisi Azərbaycanla bağlı müsbət fikirlər SƏSLƏNDİRDİ

İqtisadiyyat

31 May 2023, 10:33

ABŞ Azərbaycanın regionun enerji təhlükəsizliyinə verdiyi töhfəni təqdir edir.

 

Modern.az xəbər verir ki, bunu Bakı Enerji Həftəsinin açılışında iştirak edən ABŞ Dövlət katibinin enerji resursları bürosu üzrə köməkçisi Ceffri Payett deyib.

 

“ABŞ və Azərbaycan uzunmüddətli əməkdaşlıqdan zövq alır. ABŞ Cənubi Qafqazda stabilliyə, ölkələrin suverenliyinə və müstəqilliyinə dəstəyinə sadiqdir”, - o bildirib.

 

Ceffri Payettin sözlərinə görə, ABŞ Azərbaycanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirir: “Azərbaycanın regionun enerji təhlükəsizliyinə verdiyi töhfəni təqdir edirik”.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...