Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytının yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib. Təqdimat mərasimində çıxış edən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, dizayn, quruluş və məzmun baxımından müasir tələblərə cavab verən yeni sayt Komissiyanın fəaliyyətinin ayrı-ayrı istiqəmətlərinin geniş ictimaiyyətə operativ çatdırılmasını, qəbul imtahanları ilə bağlı hərtərəfli məlumatların cəmləşdirilməsini təmin edir.
Sayt 11 əsas bölmədən ibarətdir – Komissiya haqqında ümumi məlumatlar bölümü, bakalavr pilləsinə qəbul, magistr pilləsinə qəbul, orta ixtisas təhsili müəssisələrinə qəbul, qəbul imtahanları, sınaq imtahanları, elmi-metodiki seminarlar, jurnallar və nəşrlər, statistik təhlillər, mətbuat xidməti və məlumat mərkəzi.
Saytın təkmilləşdirilməsi zamanı tərtibatın sadə olmasına, linklərin forma və məzmun baxımından əhatəliliyinə xüsusi diqqət yetirilib.
Məleykə Abbaszadə qeyd edib ki, abituriyentlər sınaq imtahanlarına yazılmaq üçün ödəmə katlarını virtual olaraq da ala bilərlər.
“Keçən il virtual kart alanların sayı az idi. Ancaq bu il təxminən 2750 nəfər elektron satış edib. 25 aprel və 16 mayda keçiriləcək sınaq imtahanları elekrton versiyada olacaq. Çünki müəyyən abtruyentlər Azərbaycanda yaşamırlar. Onlara bu imkan yaradılacaq ki, onlar da sınaq imtahanlarda iştirak etsin”.
Ali məktəblərin qəbul planına gəldikdə Məleykə Abbaszadə vurğulayıb ki, onu martın 15-nə qədər TQDK-ya təqdim etməliydilər. “Ancaq, hələki bizə bu məlumatlar rəsmi daxil olmayıb. Bu məsələnin üzərində Nazirlər Kabineti, İqtisadi İnkişaf və Təhsil Nazirliyi çalışır”. Təhminə Paşayeva