Ukrayna ordusu İsveç istehsalı olan CV-90 piyadaların döyüş maşınlarını (PDM) alacaq.
Modern.az xəbər verir ki, bu barədə "Unian" agentliyi məlumat yayıb.
Bildirilib ki, bu, İsveçin Ukraynaya hərbi yardımı çərçivəsində növbəti dəstəyidir.
Qeyd edək ki, CV-90 piyadaların döyüş maşınları bir sıra NATO-ya üzv dövlətlərinin ordusunda istifadə olunur.