Ermənistanın müdafiə naziri Suren Papikyan Qazaxıstanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Bolat İmanbayevlə görüşüb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdə keçirilən görüşdə yeni hərbi attaşe Yerulan Sapenov da iştirak edib.
Bildirilib ki, söhbət zamanı müdafiə sahəsində ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.