Sabah Milli Şuranın növbəti sessiyası keçiriləcək. Bu barədə Modern.az saytına Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev məlumat verib. Sessiya Açıq Cəmiyyət Partiyasının qərargahında, saat 11:00-da başlayacaq.
İclasda Rüstəm İbrahimbəyovun seçki qərargahının yaradılması ətrafında müzakirələr aparılacaq. Z.Quliyev sözlərinə görə, sabahki sessiyada daha çox təşkilati məsələlər baxılacaq.
“Növbəti sessiyada əsas təşkilati məsələlər müzakirəyə çıxarılacaq.Komissiyaların, komitələrin yaradılması ilə bağlı məsələlər müzakirə olunacaq. Eyni zamanda bir neçə sessiyadır ki, Milli Şuraya yeni üzvlərlə bağlı müraciətlər daxil olur, bu məsələyə də baxılacaq”-deyə Z.Quliyev məlumat verib.
Anar RÜSTƏMOV