Modern.az

Müəllimlərin problemi 5 ilə həll olunacaq - Komitə sədri

Müəllimlərin problemi 5 ilə həll olunacaq - Komitə sədri

31 May 2023, 12:53

Ölkədə yaşı 65-dən yuxarı olan müəllimlərin sayı 6-7 min arasında dəyişir. Həmin müəllimlərin əmək fəaliyyətini, xüsusilə də kənd yerlərində müəllimlərin çatışmazlığını nəzərə almaq lazımdır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev bildirib.

 

Komitə sədri çıxışı zamanı bir sıra təkliflər səsləndirib.

 

“Hesab edirəm ki, bununla bağlı müəyyən dəqiqləşdirmələr aparılmalıdır. Bundan başqa “Təhsil haqqında” qanuna ixtisas təcrübəsi anlayışı gətirilməlidir. Müəllim işləmək istəyənlər çoxdur, amma vakant yerlərin sayı azdır. Biz hər il bu problemlərlə qarşılaşırıq. Belə ki, şəhər yerlərində işləmək istəyənlər bölgələrdə işləmək istəyənlərdən çoxdur. Buna görə də Elm və Təhsil Nazirliyi tərəfindən sertifikasiya və diaqnostika imtahanları keçirilir. Bununla da yaxın beş ildə hesab edirik ki, problem aradan qaldırılacaq”,- deyə deputat əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək