Modern.az

Ermənistanda uşaqlar üçün kilsə dərsləri davam etdiriləcək

Ermənistanda uşaqlar üçün kilsə dərsləri davam etdiriləcək

Dünya

31 May 2023, 13:12

"Ermənistanda yeni tədris kurikulumunda din və kilsənin tarixi haqqında biliklər tam şəkildə qorunur".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın təhsil, mədəniyyət və idman naziri Janna Andreasyan bildirib.

 

O, müxalifətçi deputat Artur Xaçatryanın sualını cavablandırarkən deyib ki, kilsənin tarixi və xalqın həyatında rolu haqqında biliklər tarix dərslərində, dini biliklər isə sosial elmlər dərslərində verilir.

 

"Buna görə də, uşaqların Erməni Apostol Kilsəsinin fundamental dəyərlərini öyrənməyəcəyindən narahat olmağa heç bir əsas yoxdur", - o əlavə edib.

 

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanda kilsə barədə məlumatların tədris proqramından çıxarılacağı barədə xəbərlər yayılmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi