Ermənistanın baş prokuroru Anna Vardapetyan Gürcüstana səfər edib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, səfər gürcüstanlı həmkarı İrakli Şotadzenin dəvəti ilə baş tutub.
Səfər çərçivəsində Gürcüstanın baş prokuroru Şotadze ilə görüşən Vardapetyan onunla beynəlxalq hüquqi əməkdaşlığı müzakirə edib.
Görüş zamanı tərəflər ümumi “düşmən” olan cinayətkarlıqla mübarizədə birgə işin və qüvvələrin birləşdirilməsinin vacibliyini vurğulayıblar.