Modern.az

Ərdoğan-Putin görüşü və Kosova problemi - Peskov açıqlama verdi

Ərdoğan-Putin görüşü və Kosova problemi - Peskov açıqlama verdi

Dünya

31 May 2023, 13:43

"Putinin ŞƏT sammitində iştirakının müxtəlif variantları hazırlanır, lakin istənilən halda Rusiya lazımi səviyyədə təmsil olunacaq".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

O, həmçinin bildirib ki, Kreml Kosovada vəziyyətin gərginləşməsindən narahatdır və hadisələrin inkişafını diqqətlə izləyir:

 

"Rusiya Federasiyası Serbiyanı dəstəkləyir, hesab edir ki, Kosova serblərinin hüquq və mənafelərinə hörmət edilməlidir. Kosovada vəziyyətin gərginləşməsi ilə bağlı Putin və Vuçiç arasında təmas planları yoxdur, lakin diplomatik kanallar vasitəsilə əlaqə daim davam edir".

 

"Kütləvi informasiya vasitələri Moskvaya hücum edən PUA sayı barədə əsas məlumat mənbəyi ola bilməz, siz Müdafiə Nazirliyinin məlumatlarına diqqət yetirməlisiniz", - sözçü əlavə edib.

 

"Putin və Ərdoğan telefon danışığında yaxın gələcəkdə şəxsi görüş keçirmək niyyətlərini təsdiqləyiblər. Putinlə Ərdoğanın görüşünün tarixi və yeri razılaşdırılır", - Peskov qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi