Modern.az

“Təhsil haqqında” qanuna dəyişiklik edilir

“Təhsil haqqında” qanuna dəyişiklik edilir

31 May 2023, 15:22

“Təhsil haqqında” qanuna dəyişikliklər edilir. Təhsil müəssisələrində sertifikatlaşma üçün əvvəlki kimi 5 deyil, 3 il tələb olunur.

 

Modern.az xəbər verir ki, “Təhsil haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda Milli Məclisin mayın 30-da keçirilən iclasının gündəliyinə daxil edilib.

 

Qanun layihəsinə əsasən peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydaları müəyyən edilir.

 

Təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələbləri müəyyən edilir, həmçinin ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydası təsdiq edilir.

 

Altmış və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

 

Qeyd edək ki, qanun layihəsi səsvermədən sonra ikinci oxunuşda qəbul edilib.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək