Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 9-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Şimal-qərb küləyi üstünlük təşkil edəcək.
Bakı və Abşeron yarımadasında iyulun 10-da hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Şimal-qərb küləyi nisbətən güclənəcək. Gecə 19-23, gündüz 30-35 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam saatlarında bəzi yerlərlərdə şimşək çaxacaq leysan xarakterli yağış yağacağı gözlənilir.
İyulun 10-da isə havanın temperaturu gecə 19-24, gündüz 31-37 dərəcə, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti gözlənilir.
Modern.az