Modern.az

Ukraynaya məxsus sonuncu donanma məhv edilib - İDDİA

Ukraynaya məxsus sonuncu donanma məhv edilib - İDDİA

Dünya

31 May 2023, 22:08

Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus sonuncu donanmanın məhv edildiyi iddia olunur.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Mayın 29-da Ukrayna Hərbi Dəniz Qüvvələrinin sonuncu döyüş gəmisi "Yuriy Olefirenko" Rusiya Hərbi Hava Qüvvələri tərəfindən Odessadakı hərbi gəmilərin estakadasına göndərilib. Hücum nəticəsində yüksək dəqiqlikli silahların olduğu liman məhv edilib”, - məlumatda deyilir.

 

Qeyd edilib ki, xüsusi əməliyyat ərəfəsində Ukrayna Hərbi Dəniz Qüvvələrinin tərkibinə 25-ə yaxın döyüş bölməsi, o cümlədən, beş patrul kateri və altı artilleriya kateri daxil olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi