Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Rusiyanı təmsil edəcək şəxsin kimliyi açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O qeyd edib ki, Rusiyanı mərasimdə Dövlət Dumasının sədri Vyaçeslav Volodin təmsil edəcək.
Andiçmə mərasiminin vaxtı rəsmən elan olunmayıb. Türkiyə Prezidentinin müşaviri Mehmet Uçumun sözlərinə görə, mərasim iyunun 3-də baş tuta bilər.