Modern.az

Vuçiç Türkiyə liderindən dəstək istədi

Vuçiç Türkiyə liderindən dəstək istədi

31 May 2023, 18:50

Serbiya Prezidenti Aleksandr Vuçiç türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

 

Modern.az xəbər verir ki, məlumatı Serbiya tərəfi yayıb.

 

Vuçiç yenidən prezident seçilməsi münasibətilə Ərdoğanı təbrik edib və onu Serbiyaya dəvət edib.

 

O, bölgədə sülhün sabitləşməsi üçün Ərdoğandan dəstək istəyib. Vuçiç, həmçinin regionda sülh və sabitliyi qorumaq üçün Türkiyə liderindən ölkəsinin təsir imkanlarından istifadə etməyi xahiş edib.

 

Qeyd edək ki, Kosovanın şimalında etnik serblərlə yerli qüvvələr və NATO sülhməramlıları arasında toqquşma yaşanıb. Serbiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi