Modern.az

2 nəfərin ölüm xəbərinə DİN-dən reaksiya - YENİLƏNİB

2 nəfərin ölüm xəbərinə DİN-dən reaksiya - YENİLƏNİB

31 May 2023, 21:43

Göyçayda təbii fəlakət nəticəsində iki nəfərin həyatını itirməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

 

“Avtomobilin üzərinə ağac düşməsi nəticəsində ölən şəxs kimi təqdim edilən rayon sakini, 1959-cu il təvəllüdlü F.Abdullayev ürəktutmadan dünyasını dəyişib. Rayonun Mırtı kənd sakini olan bir nəfər üzərinə ağac budağı aşması, Qabaqqal kəndində bir nəfər isə evin uçması nəticəsində xəsarət alıblar”, - deyə polis kapitanı qeyd edib.

 

***

20:43

Göyçayda güclü külək və qasırğa ölümə səbəb olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, rayonun Mırtı, Qarabaqqal kəndlərində külək nəticəsində yaralananlar olub, iki nəfər isə bədbəxt hadisə nəticəsində həyatını itirib.

 

Həyatını itirən şəxslərdən biri maşında olan zaman üzərinə ağac aşıb, digəri isə uçmuş evin altında qalıb.

 

Bəzi ticarət obyektləri və iş yerlərində yağışın şiddətli olması səbəbindən obyektləri su basıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər