Modern.az

Küləyin aşırdığı ağacın altında qalıb öldü

Küləyin aşırdığı ağacın altında qalıb öldü

31 May 2023, 22:02

Mayın 31-də güclü külək Ağcabədi rayonunun yaşayış məntəqələrində bir sıra fəsadlar törədib.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, külək nəticəsində rayon ərazisində ağaclar aşıb, fərdi evlərə və yardımçı binalara, kənd təsərrüfatına ziyan dəyib, yaşayış məntəqələrinin bir çoxunda elektrik enerjisinin verilməsində fasilə yaranıb.

 

Rayonun Hindarx qəsəbə sakini, 1963-cü il təvəllüdlü Mamedov Allahverən Qəzənfər oğlu küləyin aşırdığı tut ağacının altında qalaraq dünyasını dəyişib.

 

Hazırda küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Artıq kəndlərin bəzilərində elektrik enerjisinin verilməsi bərpa olunub.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər