Modern.az

Azərbaycanlı deputat Moldovalı ombudsmanın hərəkətindən danışdı

Azərbaycanlı deputat Moldovalı ombudsmanın hərəkətindən danışdı

Təhsil

8 İyul 2013, 14:16

Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə Moldova Ombudsmanı Aureliya Qriqoriunun Ermənistanda üzləşdiyi təzyiqlərlə bağlı münasibət bildirib.

Deputat qeyd edib ki, Ermənistanda keçirilən beynəlxalq konfransda Moldovanın Ombudsmanı Aureliya Qriqoriunun çıxışı zamanı Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, Xocalıda azərbaycanlılara qarşı soyqırımın ermənilər tərəfindən törədilməsi  kimi fikirləri tarixi həqiqətdir.  Bu faktlar dünya dövlətləri, parlamentləri, beynəlxalq təşkilatlar tərəfindən tanınır və tanınmaqdadır.

“Vicdanının səsi ilə həqiqəti söyləyən və heç nədən qorxmayaraq öz fikirlərini sərbəst ifadə edən, toxunulmazlıq statusu olan başqa bir dövlətin səlahiyyətli şəxsinin Ermənistanın siyasi hakimiyyət nümayəndələrinin təhriki ilə təhdid, təzyiq, hədə-qorxu və ölüm təhlükəsi ilə üz-üzə qalması və onun bir neçə gün ölkədən çıxmasına imkan verilməməsi faktına dünya dövlətləri və beynəlxalq təşkilatların seyrçi və laqeyd münasibəti yolverilməzdir.

Təsəvvür edirəm ki, belə bir hal Azərbaycanda baş versəydi biz hansı təzyiqlərlə üzləşmişdik?! Bu davranış Ermənistanın əsl simasını bir daha üzə çıxartdı”-deyə deputat vurğulayıb.

Milli Məclis üzvü beynəlxalq təşkilatları Ermənistanı cəzalandırmağa çağırıb. 

Mən belə hesab edirəm ki, ATƏT, Avropa Şurası, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutu və dünya dövlətləri nəinki bu hərəkətləri pisləyən bəyanatlarla çıxış etməli, əksinə Ermənistanda beynəlxalq tədbirlərin keçirilməsinə qadağalar tətbiq etməlidirlər”.

Moderm.az

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...