Modern.az

İdmançılar qəzaya düşdü - Məşqçi öldü, 16 nəfər yaralandı

İdmançılar qəzaya düşdü - Məşqçi öldü, 16 nəfər yaralandı

1 İyun 2023, 09:32

Türkiyənin Bursa şəhərində idmançıları daşıyan mikroavtobus qəzaya düşüb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, İnegöl rayonunda baş verən qəza nəticəsində Abdülcelil Ər Bayram adlı məşqçi ölüb, 16 nəfər isə yaralanıb. 

 

Yaralılar İnegöl Dövlət Xəstəxanasına aparılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

 

Hadisənin səbəbi hələlik məlum deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama