Qırğızıstanda zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə "Kun.uz" məlumat yayıb.
Bildirilib ki, Özbəkistanla sərhədə yaxın ərazidə baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.5 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 10 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Zəlzələnin episentrindən Daşkəndədək olan məsafə şimal-şərq istiqamətində 211 kilometr olsa da, silkələnmə Özbəkistanda da - əsasən, Namanqan vilayətində 2-3 bal gücündə hiss olunub.