Modern.az

Türkiyədə daha bir ZƏLZƏLƏ

Türkiyədə daha bir ZƏLZƏLƏ

Dünya

1 İyun 2023, 10:28

Türkiyənin Şanlıurfa vilayətində yenidən zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Karaköprü rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.7 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 12.8 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi